Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində “Azərbaycan xalqının xilaskarı – HeydərƏliyev” mövzusunda onlayn formatda tədbir keçirildi
Kimya və biologiya fakültəsində “Azərbaycan xalqının xilaskarı – HeydərƏliyev” mövzusunda onlayn formatda tədbir keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının xilaskarı – Heydər Əliyev” mövzusunda onlayn formatda tədbir keçirildi.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq, müdrik rəhbər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şərəfli ömür yolundan, xalqımıza və vətənimizə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Bildirdi ki, ümummilli lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dekan Ulu öndərin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı haqq mübarizəsinin onun layiqli siyasi varisi, Prezident cənab İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırıldığını qeyd edərək, qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırdı.
Kimya və onun tədrisi metodikasi kafedrasının müdiri dosent Musa Mustafayev çıxışında “Ulu öndər Heydər Əliyev xalqımızın qəlbində hər zaman yaşayacaqdır” adlı məruzə ilə çıxış edərək Ulu öndərimizin zəngin ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artdı, hərtərəfli inkişafa nail olundu, müstəqilliyimizin əbədi və dönməz olması təmin edildi. Dosent Musa Mustafayev onu da vurğuladı ki, bu gün ümummilli liderin müəyyən etdiyi proqram Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycanda dünya əhəmiyyətli layihələr gerçəkləşdirilir və ölkəmiz regionda söz sahibinə çevrilib.
Tədbirdə tələbələrin ifasında ümummilli liderə həsr edilmiş şeirlər səsləndirildi. Dahi rəhbərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az