Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ekologiya Gününə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi
SDU-da Ekologiya Gününə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Mayın 24-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Ekologiya Gününə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi.
Vebinarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, o cümlədən Sumqayıt Şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı mütəxəssisləri, AZMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru İslam Mustafayev və SDU-nun Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan magistrant və tələbələri iştirak etdilər.
Vebinarı Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova açaraq, ekoloqları peşə bayramları münasibətilə təbrik etdi, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekologiya sahəsində də görülən işlərin, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətində əsasını qoyduğu tədbirlərin, layihələrin bu gün də Prezident cənab İlham Əliyev tərərfindən müvəffəqiyyətlə davam etdirildiyini bildirdi. Dosent Rəhilə Əhmədova Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərliyi ilə ətraf mühitin, o cümlədən nadir növ heyvanların müdafiəsi sahəsində bir çox işlərin görüldüyünü, Azərbaycanda ekoloji proqramlara və layihələrə böyük diqqət yetirildiyini diqqətə çatdırdı. Onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq mütəxəssislər tərəfindən ətraf mühitin mühafizəsini geniş təbliğ etmək məqsədilə maarifləndirici tədbirlər keçirilir.
Rəhilə Əhmədova çıxışının sonunda onu da diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpa işləri qarşımızda dayanan ən mühüm məsələlərdən biridir. Qeyd etdi ki, XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpa olunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir. Rəhilə Əhmədova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirdi, görülən işlər, həyata keçirilən tədbirlər, qarşıdakı vəzifələr və perspektiv planlar barədə məlumat verdi.
337a saylı qrupun magistrantı Aynurə Farhadova “Nizami Gəncəvinin ətraf mühit haqqında görüşləri”, 316 saylı qrupun tələbəsi Günel Şükürlü “İonlaşdırıcı şüaların məişətdə mövcudluğu”, 335 saylı qrupun tələbələri: Humay Bagirova “Torpağın şoranlaşması və şoranlaşmaya qarşı mübarizə üsulları”, Nigar Əhmədova “Torpaqların sağlamlaşdırılmasında vermokompostların əhəmiyyəti”, Günel Axundova “Kür çayının ekoloji aspektləri”, Sumqayıt Şəhər 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdiri Vüsal İbrahimli “İşğaldan azad olunmuş torpaqların monitorinqi” mövzusunda məruzələrlə çıxış etdilər. Çıxışçılar ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, meşələrin salınması və mühafizəsi, milli parkların təşkili istiqamətində görülən işlərdən danışdılar və ekoloqları bayram münasibətilə təbrik etdilər. Bildirdilər ki, ekoloji problemlərin həlli üçün qüvvələr birləşdirilməli, məqsəd bir olmalıdır.
Vebinar elmi məruzələrin müzakirəsi ilə davam etdi. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az