Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU- nun nümayəndələri ERASMUS+ EQAC layihəsinin yekun monitorinq görüşündə iştirak etdilər
SDU- nun nümayəndələri ERASMUS+ EQAC layihəsinin yekun monitorinq görüşündə iştirak etdilər
Mayın 25-də Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+ EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində yekun monitorinq görüşü keçirildi. SDU tərəfdən layihə heyəti – koordinator Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. Natiq Talıbov, menecer Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Aynurə Yəhyayeva, Proseslərin avtomatlaşdırması kafedrasının müdiri prof. Cavanşir Məmmədov, Kefiyyət Təminatı Mərkəzinin (KTM) müdiri Nihad Hüseynov, KTM-in mütəxəssisi Sədaqət Fətullayeva iştirak etdilər.
Monitorinq görüşünü layihənin xarici tərəfdaşı olan İngiltərənin Middlesex Universitetinin dosenti George Dafoulas və Keyfiyyət Təminatı üzrə ekspert Andy Golding, Erasmus+ Milli Ofisinin beynəlxalq layihələr üzrə auditi Zəfər Həsənov, BBU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Eşqin Bayramov aparırdı.
Monitorinqdə layihənin 3 illik fəaliyyəti, hesabatı, Kefiyyət Təminatı Mərkəzinin yaradılması, universitetdaxili kefiyyətə təsiri, tələbə məmnuniyyət sorğularının həyata keçirilməsi, məzunlarla və işəgötürülənlərlə əməkdaşlıq, tədris proqramlarının, sillabusların Avropa standartlarına uyğunlaşdırılması, EQAC-ın SDU-ya töhfəsi, qarşıya çıxan çətinliklərin necə tənzimlənməsi müzakirə olundu. Kefiyyət təminatı sisteminin üstünlükləri diqqətə çatdırıldı.
Qeyd edək ki, ERASMUS+EQAC layihəsi Avropa Birliyinin maliyyələşdirdiyi Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilmişdir.
Yerli tərəfdaşlar: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti.
Xarici tərəfdaşlar: Litva Sosial Tətbiqi Elmlər Universiteti, Alikante Universiteti (İspaniya), Kral Texnologiyalar İnstitutu (İsveç), Middlesex Universiteti (Böyük Britaniya).
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az