Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da yaz semestrinin imtahan sessiyası distant formada keçirilir
SDU-da yaz semestrinin imtahan sessiyası distant formada keçirilir
Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev 8 may 2021-ci il tarixində "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" F-215 nömrəli əmr imzaladı. Həmin əmrdə qeyd edilir ki, respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri 2020–2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. İmtahan qərargahına daxil olan hər bir şikayət çevik araşdırılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov bu əmrin icrasının təmin edilməsi məqsədilə " 2020–2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə" müvafiq əmr imzalayıb. Qeyd edək ki, sözügedən əmrdə xüsusi karantin rejimi şəraitində təşkil olunan və keçirilən yaz semestrinin imtahan sessiyası üzrə təhsilalanların cari və aralıq qiymətləndirilməsi zamanı SDU-nun Elmi Şurasının 02.10.2020-ci il tarixli iclasının qərarı ilə tələbələr üçün elan olunan güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur. Belə ki, həmin güzəştlərə universitetlərdə xüsusi karantin rejiminin tətbiqini və bölgələrdən distant təhsilə qoşulma imkanlarının məhdudluğunu nəzərə alaraq, davamiyyətə görə tətbiq olunan 50%-lik limit ləğv olunur və bütün tələbələr imtahanlara buraxılır. Əvvəlcədən müəyyən edilmiş sərbəst işlərin sayı 10-dan 2- yə endirildi. Semestr ərzində müəyyən səbəblərdən dərslərdə iştirak etməyən və yaxud heç bir bal toplamayan tələbələrə imtahana giriş balı kimi 20 bal, bunlardan 10 bal sərbəst işə, 10 bal isə məşğələ və laboratoriya dərslərinə görə verilir. İmtahan sualları azaldılaraq 90-a endirildi. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetində imtahan sessiyasının gedişinə nəzarət, yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Sona Məhərrəmovanın rəhbərliyi ilə 8 nəfərdən ibarət apelyasiya komissiyası fəaliyyət göstərəcək. Eyni zamanda onlayn şəkildə keçirilən imtahan prossesində yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə dosent Natiq Talıbovun rəhbərliyi ilə 14 nəfərdən ibarət imtahan qərargahı yaradılmışdır.
Ümumilikdə yaz semestrinin imtahan sessiyasının şəffaf, ədalətli və obyektiv keçirilməsi SDU-nun rəhbərliyinin diqqət mərkəzindədir
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az