Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələrdən ibarət komandası beynəlxalq olimpiadada diploma layiq görüldü
SDU-nun tələbələrdən ibarət komandası beynəlxalq olimpiadada diploma layiq görüldü
Bu gün Sumqayıt Dövlət Universiteti dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıqla, beynəlxalq təhsil proqramlarında iştirakı, müxtəlif elm-təhsil qurumları ilə birgə layihələrin həyata keçirilməsi, beynəlxalq assosiasiyalarda təmsil olunmaqla, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə əlaqələrini genişləndirir. 2015-ci ildə SDU ilə Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Bundan başqa, SDU və UDNTU Rusiya–Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədr universitetləridir. Universitet tələbələri qarşılıqlı olaraq təşkil olunmuş elmi konfranslarda, olimpiadalarda, festivallarda, sərgilərdə, yay məktəbində iştirak etmiş və uğurlar qazanmışlar.
Cari ilin may ayının 24-də növbəti dəfə UDNTU-da qarışıq (əyani və distant) formatda prof. K.F.Boqatıx adına Kimya texnologiyasının proses və aparatları fənnindən IV beynəlxalq tələbə olimpiadası keçirilmişdir.
Olimpiadada ümumilikdə Rusiya Federasiyasından (Moskva, Sankt-Peterburq, İrkutsk, Yekatirinburq, Samara, Perm, Yaroslavl, Qroznı, Tver, Tomsk, Kazan, Salavat və UFA), Azərbaycan (Sumqayıt), Qazaxıstan (Atırau), Özbəkstan (Fərqanə), Afrika ölkələri və Kubadan 20 komandada 69 tələbə iştirak etmişdir.
Olimpiadaya SDU-nun Kimya və biologiya fakültəsi Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 311 saylı qrupun tələbələri: Qönçə Əhmədova, Nərmin Xasıyeva, 312 saylı qrupun tələbəsi Solmaz Məhəmmədzadədən ibarət komanda ilə qatılmışdı. Komanda olimpiadanın diplomuna layiq görülmüş, yüksək səviyyədə iştiraka görə UDNTU-nun rektoru dos.Oleq Baulin tərəfindən universitetimizin rektoru professor Elxan Hüseynovun adına təşəkkür məktubu göndərilmişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az