Əsas səhifə | Xəbərlər | Əcnəbi tələbələrimiz fotojurnalist Rza Diqqətinin vebinarında iştirak etdilər
Əcnəbi tələbələrimiz fotojurnalist Rza Diqqətinin vebinarında iştirak etdilər
Mayın 4 -də Azərbaycan Respublikası Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə ölkəmizdə təhsil alan əcnəbi tələblərin “National Geografic” jurnalının tanınmış fotojurnalisti, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti ilə onlayn formatda görüşü keçirildi.
1992-ci illərdə və post-müharibə dövründə çəkilən şəkillərlə tanışlıq və müqayisəsi barədə fotojurnalist Rza Diqqətinin öz dilində təhlilə dair vebinarında ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr və xaricdə təhsil alan azərbaycanlı tələbələr iştirak etdilər. Sumqayıt Dövlət Universitetindən beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva, İbrahim Kiraz (Türkiyə) Psixologiya III kurs, Kepeli Mustafa (Türkiyə) Elektrik mühəndisliyi IV kurs, Mataullah Saidi (Əfqanıstan) Fizika I kurs, Monireh Emami Barıjough (İran) Psixologiya I kurs tələbləri iştirak etdilər.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycana gəlməyi özünə borc bilən tanınmış fotojurnalist Rza Diqqəti möhtəşəm Qələbənin şahidi olduğu və işğaldan azad edilmiş torpaqları gördüyü üçün özünü şanslı hesab etdiyini və qürur duyduğunu diqqətə çatdırdı.
30 il işğal altında qalmış torpaqlarda erməni təcavüzkarlarının törətdiyi vəhşilikləri, doğma yurdlarından didərgin düşmüş sakinlərin əziyyətli həyatını, qətlə yetirilən insanların və onların ailə üzvlərinin faciəvi taleyini əks etdirən fotolarını çoxsaylı ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirdiyini qeyd edən R.Diqqəti canlı olaraq işğaldan azad olunmuş Kəlbəcər rayonundan fotolarının təqdimatını etdi.
Sonda R.Diqqəti həyatı, sənəti, peşəkar fəaliyyəti, gələcək planları və digər məsələlərlə bağlı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, zəngin xatirələrini bölüşdü.
Əcnəbi tələbələr tərəfindən böyük maraqla qarşılanan görüşdə dünyanın yüzdən artıq ölkəsində olmuş və iki milyona yaxın fotonun müəllifi olan R.Diqqətiyə iştirakçılar öz təşəkkürlərini bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az