Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimləri UDNTU-nun magistrantlarının dissertasiya işlərinin müdafiəsində iştirak etdilər
SDU-nun alimləri UDNTU-nun magistrantlarının dissertasiya işlərinin müdafiəsində iştirak etdilər
Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri günbəgün genişlənir. Universitetlərimiz arasında elmi-pedaqoji fəaliyyət sahəsində bu cür əməkdaşlıq bir-birinin nəaliyyətlərindən bəhrələnmək, təcrübə mübadiləsi həyata keçirmək, birgə konfranslar təşkil etmək, bakalavr və magistratura səviyyələri üzrə kadr hazırlığında birgə müdafiələr təşkil etmək universitetlərin fəaliyyətini müasir tələblər səviyyəsinə qaldırmaq istiqamətində əsaslı zəmin yaradır. Belə ki, cari ilin 7–8 iyun tarixlərində SDU-nun Fizika və elektroenergetika fakültəsinin alimləri: Elektromexanika kafedrasının müdiri dos.Turqay Hüseynov, Elektrotexnika və energetika kafedrasının müdiri dos. Nadir Hacıbalayev UDNTU-nun Rəqəmsal Sistemlər, Avtomatlaşdırma və Energetika İnstitutunun Müəssisələrin elektrik avadanlığı və elektrotexnika kafedrasının Elektroenergetika və elektrotexnika ixtisası üzrə təhsil alan magistrantların distant formatda dissertasiya işlərinin müdafiəsində iştirak etdilər.
Qarşılıqlı olaraq iyunun 23-də Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının Elektrik mühəndisliyi istiqamətinin Sənaye qurğularının və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı ixtisaslaşması üzrə təhsil alan M532a saylı qrupun magistrantlarının dissertasiya işlərinin müdafiəsində Ufa Dövlət Neft Texniki Universitetinin Müəssisələrin elektrik avadanlığı və elektrotexnika kafedrasının əməkdaşlarının iştirakı planlaşdırılır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az