Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə “Kimya gecəsi”
Universitetimizdə “Kimya gecəsi”

Mayın 30-da Kimya və biologiya fakültəsinin  “Kimyanın tədrisi metodikası” kafedasının dosenti Gülzar Quliyevanın təşkilatçılığı ilə   “Kimya Gecəsi” keçirildi.
Tədbirdə universitetin rektoru, prorektorları, professor-müəllim və tələbə heyəti iştirak edirdilər.
Universitetin rektoru Elxan Hüseynov bildirdi ki, kimya gecələrinin keçirilməsi, müxtəlif dərnəklərin, müsabiqələrin təşkil edilməsi tələbələrin təfəkürünün inkişafina, yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının formalaşmasına kömək edir. Belə tədbirlər onların intellektli, savadlı və cəmiyyətdə özlərinə uyğun mövqe qazanmış  şəxsiyyət kimi formalaşmasında  xüsusi rol oynayır.
Dosent Gülzar Quliyeva vurğuladı ki, tələbələrin kimya fənninə olan həvəsini artırmaq üçün belə tədbirlər əhəmiyyətə malikdir.
Sonda tələbələr tərəfindən aparılan bir-birindən maraqlı təcrübələr tamaşaçıların böyük marağına səbəb oldu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az