Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərin yekun tədbiri keçirildi
РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərin yekun tədbiri keçirildi
İyunun 9-da Sumqayıt Dövlət Universitetində Rusiya Elmi İstinad İndeksi (РИНЦ) eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərdə iştirak edən dinləyicilərlə “SDU əməkdaşlarının РИНЦ eLibrary.ru beynəlxalq məlumat bazasının və Science İndex sisteminin istifadəçisi olmaqla əldə etdikləri üstünlüklər və yaxın perspektivdə fakültələr üzrə təlimçilərin vəzifələri” adlı tədbir keçirildi.
Tədbirdə sözügedən təlim iştirakçıları çalışdıqları fakültələrdə gördükləri işlər barədə hesabatla çıxış etdilər, əldə olunan üstünlük və yaxın perspektivdə qarşıda duran məqsəd və məsələlər haqqında müzakirələr apardılar.
Tədbirdə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov çıxış edərək eLibrary.ru-da istifadəçi qismində və “Science Index” sistemində müəllif qismində qeydiyyatdan keçməyin, РИНЦ platformasında elmi yenilikləri, müasir elm dünyasında böyük nüfuza malik elmi jurnallar haqqında məlumatları mütəmadi olaraq izləməyin, bu jurnallarda nəşr olunan məqalələr ilə tanış olmağın, onlara rəy vermək və bir müəllif olaraq onlarda məqalə çap etdirməyin zəruri olduğunu əməkdaşların diqqətinə çatdırdı.
Sonda təlim iştirakçılarına rektor prof. Elxan Hüseynov tərəfindən imzalanmış sertifikatlar təqdim edildi. Sertifikat alan dinləyicilərə digər fakültə əməkdaşlarına müvafiq təlimləri keçmək öhdəlik və səlahiyyəti verilir.
Qeyd edək ki, təlimlər SDU-nun rektoru prof. E.B.Hüseynovun 16.03.2021-ci il tarixli R-13/1 saylı əmrinə əsasən keçirilmişdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az