Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru, bir qrup müəllim və tələbə heyəti Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 100 illiyi ilə əlaqədar Yubiley döş nişanı ilə təltif olundular
SDU-nun rektoru, bir qrup müəllim və tələbə heyəti Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 100 illiyi ilə əlaqədar Yubiley döş nişanı ilə təltif olundular
İyunun 11-dəSumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubileyi ilə əlaqədar olaraq həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə universitetin rektoru professor Elxan Hüseynov, bir qrup müəllim və tələbə heyəti Yubiley döş nişanı ilə təltif olundular.
Əvvəlcə rektor professor Elxan Hüseynov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəni salamladı və onu universitetdə görməkdən məmnun olduğunu bildirdi.
Rektor Elxan Hüseynov ona göstərilən diqqətə görə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Möhbalıyevə təşəkkürünü ifadə etdi, SDU-nun keçdiyi inkişaf yolundan, bu illər ərzində əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən, ali məktəbin dünyanın bir çox universitetləri ilə sıx əməkdaşlığından bəhs etdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv–təşkilatı –Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə rektor Elxan Hüseynova qurumun sədri Səttar Möhbalıyevin salamını çatdırdı. ATİAHİ Respublika Komitəsinin fəaliyyəti haqqında geniş məlumat verdi, SDU ilə əlaqələrə həmişə böyük önəm verildiyini diqqətə çatdırdı və Yubiley döş nişanını rektora təqdim etdi.
Sonra kiçik akt zalında sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şəraitində Mirzə Cəfərzadə və universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov tərəfindən müəllim və tələbələrə Yubiley döş nişanı təqdim olundu.
Rektor professor Elxan Hüseynov təltif olunmuş müəllim və tələbələri təbrik etdi, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov çıxış edərək son illərdə universitetdə aparılan islahatlardan, həyata keçirilən layihələrdən, işçilərin əmək, sosial, iqtisadi hüquqlarından danışdı. Elmar Xəlilov professor-müəllim heyəti, elmi işçilər, tədris-köməkçi heyət və təsərrüfat işçilərinin iş şəraitinin yaxşılaşdırılmasında, həmçinin universitetdə bir neçə istiqamət üzrə uğurlu islahatların həyata keçirilməsində rektor professor Elxan Hüseynovun rolunu qeyd etdi.
Elmar Xəlilov universitetin kollektivinə göstərilən diqqətə görə ATİAHİ Respublika Komitəsinin sədri Səttar Möhbalıyevə və sədr müavini Mirzə Cəfərzadəyə təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az