Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil alan əcnəbi tələbələr “Free us from landmines” Beynəlxalq gənclər konfransında iştirak etdilər
SDU-da təhsil alan əcnəbi tələbələr “Free us from landmines” Beynəlxalq gənclər konfransında iştirak etdilər
İyunun 11-də Azərbaycan Respublikasının Gənclər Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Bizi minalardan xilas edin” (Free us from landmines) adlı Beynəlxalq gənclər konfransı keçirildi. Konfransın əsas mövzusu işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minalara dair xəritələrin bu günə qədər Azərbaycana təqdim edilməməsi və bunun davamlı olaraq insan tələfatına səbəb olması idi.
Konfransda əvvəlcə peşə vəzifələrini yerinə yetirərkən iyunun 4-də Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olan jurnalistlər: Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla, mina terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, ANAMA təşkilatının şöbə müdiri Elnur Qasımov, tanınmış sosial bloger Adnan Hüseyn, Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu və xarici ölkələrdən olan digər natiqlər çıxış etdilər. Onlar Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini pisləyərək, gələcək təhlükəsizliyin təmin edilməsi, məcburi köçkün vətəndaşlarımızın öz torpaqlarına qayıtması və işğaldan azad edilmiş torpaqlarımızın bərpa işlərinin aparılması mövzularını müzakirə etdilər.
Tanınmış bloger Adnan Hüseyn çıxışında post-münaqişə dövründə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında sosial şəbəkələrdə fəallığın vacibliyini vurğuladı.
Konfrans iştirakçılarının Ermənistanın bu əməllərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi, ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq əməkdaşlıq,həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin oynaya biləcəyi rol və s. qəbildən olan çoxsaylı sualları panelistlər tərəfindən ətraflı cavablandırıldı.
Azərbaycanın aparıcı gənclər təşkilatları, beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəlikləri, azərbaycanlı və xarici tələbələr və eləcə də xarici ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də canlı və onlayn şəkildə qatıldıqları konfransda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirilərək, Ermənistanın regionda sülhə əngəl törədən əməllərindən çəkinməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulandı.
Hibrid şəkildə təşkil edilən tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılmışdır. Sumqayıt Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrdən Ramazan Yurdadoğ (Türkiyə, Psixologiya, IV kurs), Mehmet Sabri Tonbul (Türkiyə, Psixologiya, IV kurs), Ömər Faruk Özavcı (Türkiyə, Psixologiya, IV kurs), Garıbova Leila (Gürcüstan, İngilis dili müəllimliyi, II kurs), İsmailova Fidan (Gürcüstan, Tarix müəllimliyi, II kurs), Bairamova Malak (Gürcüstan, Kimya və biologiya müəllimliyi) tədbirdə onlayn formatda iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az