Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Fizika və elektroenergetika fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti Hərbi Qənimətlər Parkını ziyarət etdilər
SDU-nun Fizika və elektroenergetika fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti Hərbi Qənimətlər Parkını ziyarət etdilər
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin əbədiyyət simvolu olan Hərbi Qənimətlər Parkını ziyarət edənlərin sayı və parka olan böyük maraq onu göstərir ki, xalqımız bu qələbənin tarixini yazanları daima qəlbində yaşadacaq. İyunun 11-də Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin bir qrup professor-müəllim və tələbə heyəti Hərbi Qənimətlər Parkını ziyarət etdilər. Ziyarət zamanı kollektiv parkda olan eksponatlarla yaxından tanış oldu.
Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğuladı. Bildirdi ki, Hərbi Qənimətlər Parkı Ali Baş Komandan cənab İlham Əliyevin əsl Sərkərdə qətiyyəti ilə rəhbərlik etdiyi ordumuzun güc və qüdrətinin əyani təzahürü olmaqla yanaşı, gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək bir tarixi məkandır.
Qeyd edək ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az