Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qlobal Forum: Təhsilin transformasiyası
Qlobal Forum: Təhsilin transformasiyası
İyunun 14-də “Times Higher Education” və Qərbi Kaspi Universitetinin birgə təşkilatçılığı ilə “Təhsilin transformasiyası” mövzusunda Qərbi Kaspi Universitetinin ev sahibliyi etdiyi beynəlxalq tədbir keçirildi.
Forumun əsas məqsədi BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri olan keyfiyyətli təhsildə universitetlərin rolunun müəyyənləşdirilməsidir. Tədbirdə UNESCO-nun Ömürboyu Təhsil İnstitutunun direktoru David Atchoatena, Avropa Universitetlər Assosiasiyasının İnstitutsional İnkişaf şöbəsinin direktoru Tia Loukkola, Aukland Universitetinin prorektoru Dawn Freshwater, Götenburq Universitetinin prorektoru Eva Wiberq, Qərbi Kaspi universitetinin təsisçisi professor Hüseyn Bağırov, Millət vəkilləri: Şahin Seyidzadə və Pərvin Kərimzadə, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış etdilər. Çıxışçılar öz məruzələrində universitetlərin təhsilə çıxış öhdəliyinin yaxşılaşdırılması, inklüziv təhsil modellərinin yaradılması, ömürboyu öyrənmə vərdişlərinin mənimsənilməsi mövzularına toxundular. Tədbir boyunca interaktiv ünsiyyət vasitəsilə iştirakçıların məruzəçilərə suallarını ünvanlamağa şərait yaradıldı.
Qlobal forumda 66 ölkədən 300-ə yaxın universitet və 100-dən çox beynəlxalq təşkilat nümayəndələri iştirak etdi.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Sədaqət Fətullayeva təmsil etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az