Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru vaksinasiya ilə bağlı tələbələri daha fəal olmağa çağırdı
SDU-nun rektoru vaksinasiya ilə bağlı tələbələri daha fəal olmağa çağırdı
Yeni növ koronavirusun ölkəmizdə ilk dəfə qeydə alındığı zamandan etibarən onun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ciddi tədbirlər həyata keçirilir. Dövlətin məqsədyönlü tədbirləri nəticəsində bu gün Azərbaycanda COVID-19 virusu ilə bağlı vəziyyət nəzarət altındadır. Hazırda ən səmərəli önləyici tədbirlərdən biri kimi əhalinin vaksinasiyası prosesi aparılır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər nəticəsində ölkəmiz bu baxımdan dünyada öncüllər sırasındadır. Paytaxtımızın və bölgələrin sakinləri olan gənclər vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq, bu prosesdə xüsusi fəallıq nümayiş etdirirlər. Belə ki, ölkəmizdə könüllü peyvəndolunmanın minimum yaş həddi 18-ə endirildiyi gündən gənclər vaksin vurdurmaqla həm özlərini və yaxınlarını qorumuş olur, həm də bununla ölkəmizdə pandemiyanın tam səngiməsinə dəstək göstərirlər. Rektor bu istiqamətdə pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsi zəruriliyini nəzərə alaraq, SDU ailəsinin bütün üzvlərini və tələbələri daha fəal olmağa çağırdı və bu istiqamətdə müvafiq tövsiyələrini verdi.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyevanın ölkə vətəndaşlarının peyvənd olunmaları ilə bağlı tapşırıq və tövsiyələrini, həmçinin Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin və digər müvafiq dövlət qurumlarının əmr, qərar və göstərişlərini əsas tutan Sumqayıt Dövlət Universitetinin rəhbərliyi bu ali təhsil müəssisəsində fəaliyyət göstərən professor-müəllim və tədris-köməkçi heyətin, əməkdaşların, eləcə də tələbələrin peyvənd olunmalarına xüsusi diqqət və qayğı göstərir, bu vacib işi daim diqqət mərkəzində saxlayır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az