Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | COVİD-19 pandemiyası ilə bağlı onlayn-seminar
COVİD-19 pandemiyası ilə bağlı onlayn-seminar
İyunun 22-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının Heydər Əliyev Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Sağlamlıq Universiteti çərçivəsində təşkil etdiyi növbəti onlayn seminar keçirildi. Seminar “COVID-19 Yeni koronavirus infeksiyasının diaqnostikasi, müalicəsi və profilaktikası” və “COVID-19 pandemiyasının əhalinin psixoloji sağlamlığına təsiri” mövzularını əhatə etdi.
Seminarda Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Xanəhməd Həsənov və fakültə tələbələri iştirak etdilər.
Bakı Sağlamlıq Mərkəzinin baş həkim müavini Nuranə Quliyeva “COVID-19 yeni koronovirus infeksiyasinin diaqnostikasi, müalicəsi və profilaktikasi”, həkim–psixatr, ATU-nun Psixatriya kafedrasının assistenti tibb.f.d. Gülay Məmmədzadə “COVID-19 pandemiyasının əhalinin psixoloji sağlamlığına təsiri” mövzularında məruzə ilə çıxış etdilər. Məruzəçilər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışdılar. Respublika Prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğuladılar. Bildirdilər ki, istər ölkə rəhbəri cənab İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq.
Sonra məruzəçilər xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı ətraflı məlumat verdilər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, koronavirusla mübarizənin gücləndirilməsi və maarifləndirmə işlərinin genişləndirilməsinə dair bir sıra təkliflər səsləndirildi.
Sumqayıt Dövlət Universitetinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Xanəhməd Həsənov çıxış edərək məruzəçilərə ətraflı məlumata görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Dosent Xanəhməd Həsənov onu da diqqətə çatdırdı ki, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində, həm də vaksinasiya ilə bağlı həyata keçirilən təbliğat və maarifləndirmə tədbirlərində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin fəal iştirakının təmin edilməsinə xüsusi diqqət yetirilir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az