Əsas səhifə | Xəbərlər | X Enaktus milli yarışı başa çatdı
X Enaktus milli yarışı başa çatdı

Mayın 29-da universitetimizin TEC-in üzvlərindən ibarət Enaktus komandası "Best Friends Təhsil Mərkəzi və Panda məktəbəqədər hazırılıq bağçası"  layihəsinin ilkin təqdimatını keçirdi. Layihənin məqsədi Sumqayıt şəhərində fəaliyyət göstərən “Best Friends (Education & Career Center)” tədris mərkəzinə öz marketinq strategiyasını düzgün qurmaqda, təşkilatçılıq fəaliyyətinin artırılmasında, yeni ideyaların tətbiq edilməsində və gəlirin artırılmasında kömək etməkdən ibarətdir.
Təqdimatda universitetin rektoru Elxan Hüseynov, Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov, komandanın məsləhətçisi, dosent İslam Paşayev, biznes məsləhətçi Elvin Dadaşov və komanda heyəti iştirak edirdilər.
Komandanın heyəti aşağıdakılardan ibarətdir:
Məsləhətçi,  dosent  İslam Paşayev, məsləhətçi köməkçiləri Samirə Məmmədova , Afət Rəfiyeva ,  Biznes məsləhətçisi  Elvin Dadaşov, komanda rəhbəri   Nurlan Səmədli, komanda rəhbərinin müavini Nəcimə Əliyeva , İT üzrə mütəxəssis  Fərid Umudlu, maliyyə üzrə mütəxəssis   Nəzrin Novruzova, İctimaiyyətlə əlaqələr və Reklam (promotion) üzrə  Qocayev Fəqan, kommunikasiya əlaqə məsələləri üzrə Elnur Şərifov, Zaur Hacıyev.
Tədbiri açıq elan edən dosent İslam Paşayev rektor Elxan Hüseynova komandaya dəstək olduğu üçün öz adından və komanda üzvləri adından minnətdarlığını bildirdi. Komanda kapitanı Nurlan Səmədli rektora və prorektoralara da Enaktus komandasının bəciklərini (yaxalıqlarını) təqdim etdi.
17 dəqiqəlik audio-vizual təqdimatda bir il ərzində görülən işlər, atılan addımlar, nailiyyətlər və komandanın fəaliyyətini özündə əks etdirən şəkillər və video çarxlardan ibarət idi. Möhtəşəm təqdimat rəhbərlik tərəfindən maraqlı sualların verilməsinə səbəb oldu, tədbirə rəng qatdı.
Onu da qeyd edək ki, bu layihə mayın 30-31-də Bakıda Monolit Plazada “Bizim sahibkarlıq fəaliyyətimiz (Enactus)” beynəlxalq proqram üzrə keçirilmiş X Enactus milli yarışında təqdim olundu. Müxtəlif  universitetləri təmsil edən iştirakçılar  iki qrupda gərgin fikir mübarizəsi apardılar. Final mərhələsinə çıxan universitetimizin komandası sertifikat və təşəkkürnamə ilə təltif olundu. Komandanın üzvü Nəcimə Əliyeva yarışda fəal iştirakına görə “Enaktus Azərbaycanın sosial səfiri” diplomuna layiq görüldü.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az