Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız əcnəbilərin təşviqi ilə bağlı təlimdə iştirak etdi
Əməkdaşımız əcnəbilərin təşviqi ilə bağlı təlimdə iştirak etdi
İyulun14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı və Xəzər Universitetinin ev sahibliyi ilə “Əcnəbilərin təşviqi təlimləri” baş tutdu.
Təhsil Nazirliyinin “Ali təhsilə cəlb olunmuş əcnəbi vətəndaşların sayının artırılması” istiqamətində keçirdiyi tədbirdə əsas məqsəd əcnəbilərin cəlbinin təşviqi və təhsilinin təşkili mövzusunda ali təhsil müəssisələrində əcnəbilərin qəbulu ilə məşğul olan əməkdaşları təlimatlandırmaq idi.
Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru tərəfindən təşkil olunmuş təlimdə ATM saytında əcnəbi tələbələr hissəsinin əsas meyarları, marketinq, reytinqlər və təhsil sərgiləri və portalları üzrə müzakirələr aparıldı və bu məsələlər üzrə lazımi nəticələrə çatmaq üçün istifadə olunacaq alətlər və bacarıqlar barədə didaktik məlumat təqdim olundu.
Eyni zamanda təlimin ikinci hissəsində hər bir ali təhsil müəssisəsinin nümayəndəsinə marketinqyönümlü məlumat hazırlamaq tapşırıldı.
Təlim çərçivəsində ATM-lərin sözügedən sahələr üzrə fəaliyyət planının hazırlanmasına aid göstərişlər də yer aldı.
Tədbirdə Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Milli Konservatoriyası, Odlar Yurdu Universitetinin nümayəndələri iştirak etdilər.
Təlimdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Sədaqət Fətullayeva təmsil etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az