Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində SDU işçi qurupunun kafedra heyəti ilə görüşü
ERASMUS+EQAC layihəsi çərçivəsində SDU işçi qurupunun kafedra heyəti ilə görüşü
İyulun15-də ERASMUS+ EQAC Azərbaycan Ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşları ilə görüş baş tutdu. Layihənin SDU tərəfdən koordinatoru Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovdur.
Görüşdə kafedra müdiri dosent Sona Məhərrəmova, kafedranın əməkdaşları, İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşı, Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov, layihənin SDU tərəfdən meneceri t.f.d. Samirə Məmmədova iştirak etdi. Görüşün məqsədi layihə çərçivəsində görülən işlərin hesabatının, monitorinq görüşünün nəticələrinin müzakirəsi idi. Layihənin iş planına əsasən həyata keçirilən fəaliyyət, hesabat və monitorinqin nəticələrinin kafedralarda müzakirəsi keçirilməlidir. Yeni tədris ilində digər kafedralar, adminstrativ heyət ilə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ERASMUS+EQAC Avropa Komissiyasının maliyyələşdirdiyi, Bakı Biznes Universitetinin koordinasiya etdiyi layihədir. Layihənin Azərbaycandan 10, Avropadan 4 tərəfdaşı var. İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universiteti, İsveçin Kral Texnologiyalar Universiteti, Litvanın SMK Universitetinə təlim məqsədilə səfərlər həyata keçirilmiş, ən yaxşı Avropa təcrübəsi öyrənilmiş, milli baza əsasında Azərbaycanda tətbiq edilmişdir. Layihə heyəti final konfransında müvəffəqiyyətlə təmsil olunmaq üçün işini uğurla davam etdirir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az