Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Təhsil Nazirliyinin nümayəndələri ilə görüş
Təhsil Nazirliyinin nümayəndələri ilə görüş
İyulun 16-da Təhsil Nazirliyinin Dövlət poqramını idarəetmə qrupunun təşkilatçılığı ilə respublikamızın ali təhsil müəssisələrinin yüksəksəviyyəli heyəti arasında onlayn formatda görüş baş tutdu. Dövlət proqramını idarəetmə qrupunun rəhbəri Turan Topalovanın moderatorluğu ilə aparılan iclasa Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov da qatıldı. Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icra istiqamətlərinin mahiyyətini aşılamaq, xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respubilkası vətəndaşlarının seçim qaydalarını, razılıq məktubu vermiş ali təhsil müəssisəsinin qarşısında dayanan vəzifə və öhdəlikləri geniş müzakirə etmək idi.
Respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili görüşün prioritet mövzusu olmuşdur.
Görüşdə eyni zamanda hal-hazırda dünyanın ən yaxşı – top 500 universitetində 7 prioritet ixtisas istiqamətləri (kənd təsərrüfatı, təbiət, texniki və texnoloji, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, təhsil, humanitar və sosial ixtisaslar istiqamətləri) üzrə təhsil almaq imkanları barədə də təfərrüatlı məlumat verildi.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq Əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov və Beynəxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Sədaqət Fətullayeva iştirak etdilər.
Nəzərinizə çatdırırıq ki, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 2021-ci il payız semestri üzrə sənəd qəbulu başlamış və son müraciət tarixi 31 iyul 2021-ci il olaraq müəyyən olunmuşdur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az