Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənc yazarla tələbələrimiz arasında onlayn formatda görüş keçirildi
Gənc yazarla tələbələrimiz arasında onlayn formatda görüş keçirildi
İyulun 22-də Sumqayıt Dövlət Universitetində gənc yazar Pərvin Nurəliyeva ilə bir qrup tələbələr arasında onlayn formatda görüş keçirildi.
Qeyd edək ki, universitet tələbələrində kitaba həvəs və marağın artırılması məqsədilə “Ən yaxşı Dostum – Kitab” klubu fəaliyyətə başlayıb. Klubun açılışında gənc yazar Pərvin Nurəliyeva, SDU TGT sədri Tayfun Hacılı və kitabsevər tələbələr iştirak etdilər.
Tədbirdə “Ən yaxşı Dostum – Kitab” klubunun sədri Aypara Əliyeva klubun fəaliyyəti və gələcəkdə görüləcək planlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Daha sonra oxuculara öz yaradıcılığından danışan Pərvin Nurəliyeva onlarla ədəbiyyata dair fikirlərini də bölüşdü, yazarlıq arzusunda olan görüş iştirakçılarına tövsiyələrini verdi. Həmçinin klubla bağlı öz fikir və təkliflərini bildirdi və tələbələri maraqlandıran sualları cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az