Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları AMEA-nın təlimində
SDU-nun əməkdaşları AMEA-nın təlimində
İyulun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin yüksəksəviyyəli nümayəndələri üçün təlim keçirildi. Təlim ATM-lərdə elmi-tədqiqat fəaliyyətinin genişlənməsi və bu istiqamətdə mövcud maliyyə imkanlarının daha yaxından öyrənilməsi məqsədi daşıyırdı.
AMEA-nın Xarici Əlaqələr İdarəsinin rəisi biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın koordinatorluğu ilə həyata keçirilən informativ tədbirdə elmi-tədqiqat qrant layihələrinə müraciət, HORİZON proqramı və digər resurslar barədə geniş məlumatlar verildi.
Onlayn tədbirdə həmçinin HORİZON Avropa, COST, Marie Skladowka-Curie kimi elmi maliyyələşmə imkanları təklif edən proqramların Azərbaycan tərəfdən əlaqələndiriciləri: Tofiq Babayev (HORİZON), Zaur Həsənov (Marie Skladowka-Curie), İlham Hümbətov (COST), Rəhimə Qabulova (tibb üzrə işçi proqram), Rövşən Kərimov (layihələrin yazılması və keyfiyyət meyarları) tərəfindən təqdimatlar nümayiş etdirildi.
Eyni zamanda tədbirdə AMEA-nın Xarici Əlaqələr İdarəsi və ali təhsil müəssisələrinin Beynəlxalq əlaqələr şöbələri arasında qrant və layihələrlə iş sahəsində informasiya mübadiləsini gücləndirmək məqsədilə şəbəkə yaratmaq imkanları da müzakirə olundu.
Təlimdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayev, Elmi hissənin müdiri dos. Samir Orucov və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Sədaqət Fətullayeva iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az