Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsinin növbəti təlimi keçirildi
ERASMUS+EQAC layihəsinin növbəti təlimi keçirildi
İyulun 28dən –30-dək Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” ERASMUS+EQAC layihəsi çərçivəsində keyfiyyət təminatı məsələləri ilə bağlı 3 günlük təlim keçirildi. Təlimin moderatorları Potsdam Universitetinin, San Karlos Universitetinin təhsildə keyfiyyət üzrə mütəxəssisləri oldu. Qeyd edək ki, layihənin SDU tərəfdən koordinatoru Tədrisin təşkii və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovdur.
Məlumatlandırma sessiyasında keyfiyyət sözünün etomologiyası haqqında məlumat verildi, latın, yunan və fransız dillərində mənaları müzakirə olundu. Təlimin ilk günündə əsas mövzular: QMS (keyfiyyətli idarəetmə sistemi) modelinin qiymətləndirilməsi, daxili keyfiyyət təminatı sistemi, tədris proqramlarının keyfiyyətinin yaxşılaşdırılması, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, məzunlarla və işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edildi.
Təlimdə daxili və xarici keyfiyyətlə bağlı qrup tapşırıqları əsas yer tuturdu. Təlimin iştirakçıları online qrup otaqlarına daxil olaraq qrup rəhbərləri ilə verilən tapşırıları hazırladılar. Tapşırqlarla bağlı prezentasiyada qruplar digər mütəxəssislərdən rəy almaq üçün ümumi online auditoriyada təqdimat etdilər. Qrup rəhbərləri Frank Niedermier, Irish Tejero Dakay, Eşqin Bayramov və Gülşən Bayramova idi.
Təlimdə ERASMUS+EQAC layihəsinin yerli tərəfdaşları (BBU, ADPU, AzMİU, ATU, GDU, NU, MU, SDU, OYU, AKU), o cümlədən tərəfdaş olmayan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri iştirak edirdilər. SDU-dan isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, EQAC layihəsinin SDU tərəfindən meneceri t.f.d. Samirə Məmmədova iştirak etdi.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az