Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tələbələri onlayn Beynəlxalq yay məktəbində iştirak etdilər
Sumqayıt Dövlət Universitetinin tələbələri onlayn Beynəlxalq yay məktəbində iştirak etdilər
Avqustun 19-da akademik M.F.Reşetnev adına Sibir Dövlət Elm və Texnologiya Universiteti tərəfindən ali təhsil müəssisələrinin gənc alim və mütəxəssislərinin onlayn beynəlxalq yay məktəbinin açılışı oldu.
Beynəlxalq yay məktəbinin məqsədi kosmik aparatların yaradılmasının əsaslarını öyrənməkdir. Onlayn yay məktəbinin təlimləri mühəndislik, kompüter elmləri, simulyasiya, kosmik və uçuş aparatları ixtisasları üzrə oxuyan tələbələr üçün daha məqsədəuyğun hesab olundu.
İngilis dilində baş tutan təlim, mühazirə və parktiki dərslər, testlər və hesablama məsələləri, layihə üzərində qrup işi platformalarında təşkil olunaraq, əsas mövzular konseptual layihələndirmə (Cubesat), mexaniki layihə və konstruksiya, elektrik təchizat sistemi olmaqla, kosmik fəzada orientasiya və stabilləşdirmə sistemi məsələlərini əhatə edirdi.
Qeyd edək ki, bu tədbirin açılışında və ilkin təlim dərslərində Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması ixtisasının tələbələri: Ağazadə Qüdrət Ulduz oğlu və Talıbov Seymur Famil oğlu iştirak etdilər.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az