Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbə heyətinin nailiyyətləri dünyanın elmi mərkəzləri tərəfindən etiraf olunur
SDU-nun müəllim və tələbə heyətinin nailiyyətləri dünyanın elmi mərkəzləri tərəfindən etiraf olunur
Qafqazın ən qüdrətli sənaye şəhəri statusunu qoruyub-saxlayan, möhtəşəm tikinti, quruculuq işləri, həyata keçirilən genişmiqyaslı layihələrlə həm ölkənin, həm də regionun mənəvi paytaxtlarından sayılan Sumqayıt şəhərinin elmi elitasının, kadr potensialının böyük bir qismi, tərəddüd etmədən söyləyə bilərik ki, bilavasitə SDU-nun adı ilə bağlıdır.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin ardından işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi, sosial və mədəni layihələrin dünya səviyyəli beynəlxaq konfranslarda işıqlandırılmasına Sumqayıt Dövlət Universitetinin kollektivi də öz töhfəsini verir. 2021-ci ilin aprel ayından başlayaraq, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti bir çox ölkədə keçirilən elmi-praktiki konfranslarda iştirak edərək, müxtəlif mükafatlar alırlar.
İqtisadiyyat kafedrasının müdiri dosent L.F. Mahmudova, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professsoru Ş.T.Əliyev, 710 saylı qrupun tələbəsi L.Y. Eyvazova 25–26 aprel 2021-ci ildə Avstraliyanın Melburn şəhərində keçirilən “International forum: problems and scientific solutions” adlı VII Beynəlxalq elmi və praktik konfransda “Актуальные вопросы интенсификации развития ненефтяных секторов экономики Азербайджана в период постпандемии” mövzusunda çıxış edərək sertifikatlara layiq görülüblər.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent A.Y. Yəhyayeva, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professsoru Ş.T. Əliyev, 723 saylı qrup tələbəsi N.E. Hüseynova 7–8 may 2021-ci il tarixlərində Fransanın Orlean şəhərində keçirilən “Current issues and prospects for the development of scientific research” adlı II Beynəlxalq elmi və praktik konfransda “Проблемы и решения путей повышения инвестиционной привлекательности карабахского региона Азербайджана” mövzusunda çıxış edərək, sertifikatlara layiq görülüblər.
Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent M.Ö Pənahəliyeva, həmin kafedranın professoru Ş.T. Əliyev, 718 saylı qrup tələbəsi S.M. Tahirova 18–19 may 2021-ci il tarixlərində Almaniyanın Hamburq şəhərində keçirilən “Scientific community: interdisciplinary research” adlı IV Beynəlxalq elmi və praktik konfransda “Современные аспекты и перспективы торгово-экономических связей Азербайджана с постсоветскими республиками” mövzusunda, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Ş.T.Əliyev, İqtisadiyyat kafedrasının dosenti L.M. Vəliyeva, 716 saylı qrup tələbəsi M.H.Muradlı 26–28 avqust 2021-ci il tarixlərində Almaniyanın Hamburq şəhərində keçirilən “Scientific community: interdisciplinary research” adlı V Beynəlxalq elmi və praktik konfransda “Стратегическое значение и перспективы развития восточного зангезурского экономического района Азербайджана” mövzusunda, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru Ş.T.Əliyev, həmin kafedranın baş müəllimi G.R. Rüstəmova, 718 saylı qrup tələbəsi S.A. Nəcəfli,
“Перспективы интенсификации развития экономики Азербайджана в постпандемическом периоде” mövzusunda çıxış edərək, sertifikatlara layiq görülüblər.
Professor, müəllim və tələbə heyətinin əldə etdiyi hər bir uğur universitetin rəhbərliyi tərəfindən yaradılan münbit şəraitlə bilavasitə bağlıdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az