Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU gəncləri Vətən müharibəsinin iştirakçıları ilə görüşdü
SDU gəncləri Vətən müharibəsinin iştirakçıları ilə görüşdü
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ATGTİ-nin dəstəyi ilə “Tükənən nəfəsdən başlayan vətən” layihəsi çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində oflayn olaraq Vətən müharibəsinin iştirakçıları: Zahir Həsənov və Nicat İsmayılov ilə görüş keçirildi.
Görüşün məqsədi gənclərin işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsində qəhrəmancasına iştirak edən zabit-əsgər heyətinin göstərdikləri igidlik və şücaəti tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.
Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri ATGTİ-nin sədri Pərviz Mirələmli açaraq qazandığımız qələbə münasibətilə qalib əsgərlərimizi, qazilərimizi ürəkdən təbrik edərək bu qələbədə Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun müstəsna rolunun olduğunu qeyd etdi.
Daha sonra söz Vətən müharibəsinin iştirakçılarına verildi. Qazi Zahir Həsənov I,II qarabağ müharibəsində komandir olaraq iştirak etdiyini tələbələrə bildirərək yaşadığı hadisələri, əsgərlərimizin necə cəsurluqla vuruşduğunu, dövlətin və xalqın müharibə dövründə onlara göstərdiyi diqqət və qayğıdan bəhs etdi. Zahir Həsənov qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Məhz Azərbaycan əsgərinin əzmi sayəsində düşmən məğlub edildi, Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan geri qaytarıldı. Bu zəfər Azərbaycan əsgər və zabitlərinin həyata keçirdikləri uğurlu hərbi əməliyyatlar nəticəsində qazanıldı.
Suqovuşanda yaralan, qazi Nicat İsmayılov qeyd etdi ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Azərbaycan əsgərləri böyük şücaət nümayiş etdilər. O, öz döyüş yoldaşlarının necə qəhrəmancasına vuruşduğunu və ordumuzun bu şücaətinin heç bir zaman Azərbaycan xalqının xatirəsindən silinməyəcəyini bildirdi. Azərbaycan artıq təkcə hərbi sahədə deyil, eyni zamanda, diplomatiya, siyasət sahəsində də qalib ölkədir.
Sonda qonaqlarımız qazilərə və Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin təşəkkürlərini bildirdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az