Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Döyüşdən zəfərə aparan yol
Döyüşdən zəfərə aparan yol
Sentyabrın 24-də Mühəndislik fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Döyüşdən zəfərə aparan yol” adlı onlayn formatda tədbir keçirildi. Tədbirdə fakültənin bir qrup professor, müəllim və tələbə heyəti iştirak etdi.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev açaraq bildirdi ki, 2020-ci ilin 27 sentyabr tarixi Qarabağ adlı haqq savaşımıza çıxdığımız gündür. O gün ki, yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Uzun illərin ayrılığından sonra işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Və 8 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi həkk olundu.
Mühəndislik fakültəsinin tələbələri: Ceyran Məmmədova, Aysun Əhmədzadə, Nuranə Kərimova, Sevinc Səmədli 44 günlük Zəfər tarixindən söz açdılar və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Sonra müharibə iştirakçılarından biri olan, həmçinin Mühəndislik fakültəsinin 639 saylı qrupunun tələbəsi Ramazan Adışlıya və 631 saylı qrupunun tələbəsi Aydın Babayevə söz verildi. Onlar keçdikləri döyüş yollarından danışaraq göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Zəfər yolundan bəhs edən videoçarxlar nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az