Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sentyabrın 24-də Tarix və coğrafiya fakültəsinində "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Sentyabrın 24-də Tarix və coğrafiya fakültəsinində "27 Sentyabr - Anım Günü"nə həsr olunmuş onlayn formatda tədbir keçirildi
Bəzən elə an olur ki, hər şey qəflətən dəyişir, yeni qayıdış olur. Bir zamanlar əliyalın olan insanların özləri, övladları yeni qayıdışa imza atır. Bu “27 sentyabr−8 noyabr” qayıdışıdır. Hər şeyi göz qırpımında dəyişən Şəhidlər, qazilər, müharibə iştirakçıları, bizim xalq sevgimiz, dəstəyimiz, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Biz bu qələbəni qəhramanların sayəsində qazandıq. Vətəninə görə canından keçən şəhidlərimizi heç bir vaxt unutmarıq. Bəzən insan sevincini qazanmaq üçün kədər də yaşamalıdır. Amma bu qayıdış bizi ayaqda tutdu, erməni vəhşiliklərinə son qoydu.
Sentyabrın 24-də Tarix və coğrafiya fakültəsinində 27 Sentyabr − Anım Gününə həsr olunmuş onlayn formatda tədbir keçirildi. Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə fakültənin dekanı professor Adil Bəxşəliyev açaraq, qələbənin mahiyyəti və erməni vəhşilikləri barədə danışdı. Bildirdi ki, Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına “məğlubedilməz ermənı ordusu” mifini 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa məcbur etdi, ərazi bütövlüyümüz bərpa olundu.
Fakültənin Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu çıxış edərək tədbirin mahiyyəti barədə məlumat verdi. Vətən müharibəsinin şəhidi polkovnik-leytenant İqbal Bayromovun həyatını Tarix və coğrafiya fakültəsinin tələbəsi canlandırdı.
Tədbirdə şəhid İqbal Bayramovun bacısı Şəhla Bayramova iştirak edərək qardaşının şücaətindən və qəhrəmanlığından danışdı.
Sonra Tarix və coğrafiya fakültəsinin tələbəsi şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva oğlunun keçdiyi döyüş yolundan danışdı. Tarix və coğrafiya fakültəsinin tələbəsi Reyhan Şahbazlı qardaşı Əlikram Şahbazlının qəhramanlığı ilə fəxr etdiyini bildirdi. Qeyd etdi ki, qardaşının Hadrutun, Talış kəndinin, Suqovuşanın alınmasında müstəsna xidməti olub. Əlikram Şahbazlı döyüş meydanında bayrağımızı şərəflə dalğalandırmağı bacaran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq. Sonda 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az