Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsinin növbəti 3 günlük təlimləri keçirildi
ERASMUS+EQAC layihəsinin növbəti 3 günlük təlimləri keçirildi
Sentyabrın 22-dən 24-dək Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” ERASMUS+EQAC layihəsi çərçivəsində “Keyfiyyət təminatı vasitələri” mövzusunda 3 günlük onlayn təlim keçirildi. Təlimin moderatorları Potsdam Universitetinin, San Karlos Universitetinin təhsildə keyfiyyət üzrə mütəxəssisləri idi. Qeyd edək ki, layihənin SDU tərəfdən koordinatoru Tədrisin təşkii və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbovdur.
Təlimdə əsas mövzular daxili keyfiyyət təminatı sistemi, qiymətləndirmə növlərinin müxtəlifliyi, ex-ante, ex-post terminləri haqqında ətraflı məlumat, tədris proqramlarının keyfiyyətinin yaxşılaşdırılması, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, məzunlarla və işəgötürənlərlə əməkdaşlıq, sorğuların keçirilməsi, nəticələrin emalı və akkreditasiya kimi məsələlər müzakirə edildi. Təlimin moderatorları Almaniyanın Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin ekspertləri Frank Niedermeier və Benjamin Jung, eləcə də Filippinin San Polo Universitetinin Keyfiyyət Təminatı üzrə mütəxəssis İrish Dakay idi.
Təlimdə mövzularla bağlı qrup tapşırıqları əsas yer tuturdu. Təlimin iştirakçıları online qrup otaqlarına daxil olaraq, qrup rəhbərləri ilə verilən tapşırıqları hazırlayırdılar. Tapşırqlarla bağlı prezentasiyada qruplar digər mütəxəssislərdən rəy almaq üçün ümumi online auditoriyada təqdimat edirdilər.
Təlimdə ERASMUS+EQAC layihəsinin yerli tərəfdaşları (BBU, ADPU, AzMİU, ATU, GDU, NU, MU, SDU, OYU, AKU), o cümlədən tərəfdaş olmayan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri iştirak etdilər. SDU-dan isə tədbirdə ERASMUS+EQAC layihəsinin SDU tərəfindən meneceri t.f.d. Samirə Məmmədova və KTM-nin layihə çərçivəsində müdiri Nihad Hüseynov iştirak etdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az