Əsas səhifə | Xəbərlər | Tələbələrimiz mükafatlandırıldı
Tələbələrimiz mükafatlandırıldı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırıldı.
Tədbirin keçirilməsində əsas məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirildi. Festival 11 nominasiya üzrə keçirilib və yekun konsert Azərbaycan Dövlət Musiqili Teatrında bütün ali məktəbləri əhatə etməklə təşkil olundu.
Festivalda 23 ali məktəbin, o cümlədən universitetimizin tələbələrindən ibarət özfəaliyyət kollektivi də iştirak edirdi. Bu il festivalın yekun konsertində ümumilikdə 250-ə yaxın tələbə iştirak edirdi.
Universitetimizin tələbəsi Günel Kərimova solo rəqslər nominasiyasında II yeri, Rahib Məmmədli aşıq musiqisi nominasiyasında III yeri tutdular. Festivalda fəal iştirak etdiklərinə görə “Səma” rəqs kollektivi, Nərvin Abbasova, Vüsal Sadıqov və  Samir Quliyev sertifikatla təltif olundular.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az