Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Cənnət qoxulu Sentyabr" adlı tədbir keçirildi
"Cənnət qoxulu Sentyabr" adlı tədbir keçirildi
Sentyabrın 26-da Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Cənnət qoxulu Sentyabr" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Ardınca vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Filologiya fakültəsinin dekan müavini Zöhrə Qafarova açaraq, şanlı tariximiz olan İkinci Qarabağ müharibəsindən bəhs etdi. Bildirdi ki, müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazılması ilə xarakterizə olunan bu dövr Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin şah əsəridir. Tələbələrin iştirakı ilə 27 şəhid adı və onlar haqqında qısa məlumatlar səsləndirildi. Daha sonra söz şəhid ailələrinə verildi. Şəhid Vüqar Əmrahov və Cəmil Həsənlinin anaları öz övladları haqqında məğrur və qürurlu şəkildə gənclərə məlumat verdilər. Daha sonra şəhid Vüsal Allahverdiyevin əmisi, eyni zamanda həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin keçdiyi döyüş yolundan və onun arzularından bəhs etdi.
Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.
Xudayar təsnifi ilə videoçarx nümayiş etdirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az