Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş onlayn formatda dəyirmi masa keçirildi
Riyaziyyat fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş onlayn formatda dəyirmi masa keçirildi
Sentyabrın 25-də Riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş onlayn formatda dəyirmi masa keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə bir qrup professor, müəllim və tələbə heyəti ilə yanaşı, fakültənin tələbəsi olan qazi Sahil Şirinov da iştirak etdi.
Tədbiri giriş sözü ilə fakültənin dekan müavini dosent Məmmədəli Məmmədov açaraq vurğuladı ki, 27 sentyabr tarixinin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi və bu çərçivədə atılan sistemli addımlar şəhidlərimizin müqəddəs ruhuna ehtiramın və qazilərimizin şücaətinə verilən dəyərin bariz nümunəsidir. Əminik ki, bu gün şəhidlərimizin ruhu şaddır. Çünki şəhidlərimizin canlarından keçdikləri torpaqlarda hazırda həyat yenidən qurulur, müstəqil Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli dirçəliş işləri aparılır.
Vətən müharibəsinin iştrakçısı, fakültənin tələbəsi olan qazi Sahil Şirinov keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışdı, Vətən müharibəsində sağlamlığını qismən itirmiş döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirdi.
Sonra tələbələrdən bir çoxu öz yaxın qohumları, tanışları olan şəhidlərimiz haqqında danışdılar. Yeganə Təhməzova dayısı oğlu şəhid Etibar Nəcəfov, Sevinc Həsənova şəhid Tural Həsənov, Nərmin Abdullayeva həmyerlisi,eyni kənddə böyüdüyü şəhid Xəyyam Hüseynov, Yeganə Əhmədova atasının yaxın dostu olan şəhid polkovnik Babək Səmidli haqqında ətraflı məlumat verdilər. Bildirdilər ki, xalqımız qələbədə payı olan, döyüşdə iştirak edən hər bir əsgərin əziyyətini yüksək qiymətləndirir, şəhidlərimizi ehtiramla, minnətdarlıqla anır. Allahdan bütün şəhidlərə rəhmət, qazilərə şəfa dilədilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az