Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşı kvalifikasiyaların tanınması təlimində
SDU əməkdaşı kvalifikasiyaların tanınması təlimində
Sentyabrın 27-də Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun birgə təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşlarının iştirakı ilə "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması" mövzusunda təlim keçirildi.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi Əkbər Əliyevin moderatorluğu ilə baş tutan təlim daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin baş məsləhətçisi Fariz Qasımzadə tərəfindən davam etdirildi.
Məruzəçi öz təqdimatında əcnəbi vətəndaşların qəbulu prosesində çox mühüm əhəmiyyət daşıyan kvalifikasiyaların tanınmasında ortaya çıxa biləcək fərqlərdən danışaraq belə halların aradan qaldırılması üçün qanunvericiliyin nəzərdə tutduğu müddəaları əsaslı şəkildə izah etdi. Ölkəmizdə ali təhsil üçün müraciət edən əcnəbi tələbələrin əvvəlki təhsil sənədinin milli kvalifikasiyalarla fərq təşkil etdiyi təqdirdə leqallaşdırılması üsullarını açıqladı. Onlayn formatda keçirilən təlimdə iştirakçılar interaktiv ünsiyyət vasitəsilə məruzəçilərə öz suallarını ünvanladılar.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az