Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qələbəyə gedən yol
Qələbəyə gedən yol
Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda qardaş-bacılarımız şəhid oldular. Vətən yaşasın deyə, onlar şəhid oldular və düşmənə qaya kimi sipər oldular. Xalqımız çox vətənpərvər, qəhrəman xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirmək üçün bir nəfər kimi Vətənimizi qorumağa hazırdır.
Sentyabrın 27-də İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr − Anım Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı onlayn formatda tədbir keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq, 44 günlük qəhramanlıq savaşından bəhs etdi. Bildirdi ki, Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. O, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı və 9 bənddən ibarət olan bəyanat haqqında məlumat verərək, sözügedən sənədlə təcavüzkar Ermənistanın məğlubiyyətini qəbul etdiyini, işğal olunmuş ərazilərin qeyri-şərtsiz azad olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə fakültənin məzun şəhidi Hüseyn Sultanovun qardaşı Vasif Sultanov qardaşının şücaətindən və qəhrəmanlığından danışdı. Daha sonra müharibə iştirakçısı Saleh Nəsirov çıxış edərək 44 günlük qələbəyə gedən yolda zabit-əsgər heyətinin keçdiyi döyüş yolundan bəhs etdi.
Sonda tələbələrimiz tərəfindən hazırlanan videoçarx nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az