Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində müharibə iştirakçıları ilə 27 Sentyabr − Anım Gününə həsr olunmuş onlayn formatda görüş keçirildi
Kimya və biologiya fakültəsində müharibə iştirakçıları ilə 27 Sentyabr − Anım Gününə həsr olunmuş onlayn formatda görüş keçirildi
Sentyabrın 24-də Kimya və biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı altında müharibə iştirakçıları ilə 27 Sentyabr − Anım Gününə həsr olunmuş onlayn formatda görüş keçirildi.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov Zəfər tarixinə nəzər salaraq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən uzun illər həllini tapmamış və aparılan danışıqlar nəticəsiz qalmışdır: “2020-ci il sentyabrın 27-də Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozması ilə Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və xalqımızın yenilməz birliyindən ruhlanaraq düşmənə sarsıdıcı zərbələr endirmişlər. Dekan onu da qeyd etdi ki, Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların qəhrəmanlıqları unudulmayacaq. Azərbaycan dövləti bütün dövrlərdə olduğu kimi, bundan sonra da şəhid ailələrinin və qazilərin problemlərinin həllinə xüsusi diqqət göstərəcək.
Sonra fakültənin Vətən müharibəsində iştirak etmiş tələbələri: Məhəbbət Hüseynov və qazi Vüsal Rzayev keçdikləri döyüş yolundan danışdılar.
Sonda tələbələr tərəfindən hazırlanan fləşmob təqdim olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az