Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İki əsrlik münaqişənin 44 günlük Zəfər səlnaməsi
İki əsrlik münaqişənin 44 günlük Zəfər səlnaməsi
Sentyabrın 23-də Fizika və elektroenergetika fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 27 Sentyabr − Anım Gününə həsr olunmuş “İki əsrlik münaqişənin 44 günlük Zəfər salnaməsi” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi yad edildi.
Tədbiri fakültənin dekanı dosent Tamella Əhmədova açaraq bildirdi ki, xalqımız bu gün öz tarixində möhtəşəm gün – Zəfər yolunun başlanğıcı sayılan 27 Sentyabr − Anım gününü qeyd edir. 2020-ci ilin 27 sentyabr günü Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.
Dosent Tamella Əhmədova onu da qeyd etdi ki, müharibədə qələbənin qazanılmasının başlıca səbəbləri güclü dövlət, iqtisadiyyat, qüdrətli ordu, xalq və iqtidar birliyi, yüksək milli-mənəvi ruh, səmərəli dövlət idarəçiliyi, yürüdülən uğurlu xarici siyasət, təsirli informasiya siyasəti və s. oldu. Bütün millət düşmənə qarşı dəmir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşdi. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı.
Fakültənin məzun şəhidi Seyfəddin Balağayevin valideyni, Vətən müharibəsi iştirakçıları: Pərviz İsmayılov, Nurlan Muradov çıxış edərək bildirdilər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə sayəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş hər bir şəhidimizin qisası alınmış oldu. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq.
Tədbirin sonunda II kurs tələbəsi Musa Xəlilovun ifasında “Bayraq” şeiri səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az