Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitu – ECOEI tərəfindən təşkil edilmiş Yüksək Səviyyəli Universitet Nümayəndələri Forumunda iştirak etdilər
SDU-nun əməkdaşları İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitu – ECOEI tərəfindən təşkil edilmiş Yüksək Səviyyəli Universitet Nümayəndələri Forumunda iştirak etdilər
Sentyabrın 30-da İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutu – ECOEI tərəfindən təşkil edilmiş onlayn Yüksək Səviyyəli Universitet Nümayəndələri Forumu keçirildi. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır. Hazırda Azərbaycan da daxil olmaqla, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan da bu təşkilatın üzvüdürlər.
Yüksək Səviyyəli Universitet Nümayəndələri Forumunun əsas məqsədi beynəlmiləlləşmə ilə bağlı ehtiyacların təyin edilməsi və iştirak edən universitetlərin mövcud kontekstdə strukturlarının və şəraitlərin qiymətləndirilməsindən ibarətdir. Gözlənilən nəticə bölgədəki ali təhsilin beynəlmiləlləşməsini dəstəkləmək üçün uyğun, faydalı və davamlı üsulların hazırlanması və həyata keçirilməsidir. Forum ingilis dilində keçirildi.
Forumu İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutunun prezidenti M. Akif Kireççi giriş sözü ilə açıq elan edərək hamını salamladı. Forumda Azərbaycanla yanaşı, Türkiyə Respublikası, İran İslam Respublikası, Şimali Kipr Türk Respublikası, Pakistan İslam Respublikası, Qazaxıstan və Türkmənistan Universitetlərinin rektorları, prorektorları, professor və müəllim heyəti iştirak etdilər.
Forum 3 hissədə öz işini davam etdirdi:
1. ECO Bölgəsində “Tələbə mobilliyi” mövzusunda dəyirmi masa: faktlar və perspektivlər
2. “Elmi araşdırmaların gücləndirilməsi” mövzusunda dəyirmi masa: ECO Bölgəsində Əməkdaşlıq və Resurs Paylaşımı: kitabxanalar, təhsil texnologiyaları və sistemləri, laboratoriyalar
3. “Ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda dəyirmi masa: əməkdaşlıq: akkreditasiya, kredit transferi və yığım sistemləri, konsorsiumlar, ixtisasların tanınması, birgə diplom proqramları
Forumda Sumqayıt Dövlət Universitetini Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, İqtisadiyyat kafedrasının dosenti Səadət Hümbətəliyeva təmsil etdilər. Forum zamanı dos. S.Ə.Hümbətəliyeva çıxış edərək Sumqayıt Dövlət Universitetində təhsilin təşkili, digər xarici universitetlərlə əlaqələri və mübadilə proqramları haqqında məlumat verdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az