Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin əməkdaşları şəhid Seyfəddin Balağayevin Anım mərasimində iştirak etdilər
Fizika və elektroenergetika fakültəsinin əməkdaşları şəhid Seyfəddin Balağayevin Anım mərasimində iştirak etdilər
Şabran şəhərində Böyük Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şəhidimiz Balağayev Seyfəddin Vahid oğlunun oktyabrın 9-da Anım günü keçirildi.
Anım mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və məzunu olduğu Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin əməkdaşları: dekan müavini, baş müəllim K.R. Hacıyeva, Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının müdiri professor M.M.Zərbəliyev, Fizika və onun tədrisi metodikası kafedrasının müdiri dosent F.Ə.Məmmədov, Elektromexanika kafedrasının müdiri dosent T.K.Hüseynov, Elektrotexnika və energetika kafedrasının müdiri dosent N.M.Hacıbalayev, Elektrotexnika və energetika kafedrasının baş müəllimi S.M.Cabbarova, Elektromexanika kafedrasının müəllimi K.A.Ağaxanova, tütor T.S.Ələkbərova və tələbələr iştirak etdi.
Əvvəlcə Şabran rayonunda şəhidin məzarı ziyarət edildi və məzarı üstə əklil və gül dəstələri qoyuldu, xatirəsi yad edildi.
Mərasimdə 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən söhbət açıldı. Bildirildi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.
Qeyd edək ki, 23 yaşlı Seyfəddin Balağayev Vətən müharibəsi başlayan zaman həqiqi hərbi xidmətdə olub. İlk gündən savaşa qatılan gənc qəhrəman Füzuli uğrunda gedən döyüşdə şəhadətə yüksəlib.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az