Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini yad etdilər
Fizika və elektroenergetika fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini yad etdilər
Vətən müharibəsindəki parlaq Qələbə xalqımızın Vətən sevgisinin bariz nümunəsidir. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 10 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. 8 noyabr isə Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sürərək Azərbaycanın Zəfəri ilə yekunlaşan Vətən müharibəmiz, həm də son iki yüzillik tariximizdə qazandığımız ən parlaq qələbələrlə tarixə həkk olundu. Öz dədə-baba torpaqlarına qayıtmaq istəyən yüz minlərlə Azərbaycan vətəndaşının yurd həsrətinə son qoyuldu. Qürurverici haldır ki, al qanı ilə tarix yazan Vətən mücahidlərinin, gənclərin sırasında tələbə və məzunlarımız da vardı. Onlar şərəfli döyüş yolları, sücaətləri ilə sübut etdilər ki, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti təkcə təhsil, diplom vermir həm də Tarix Yaradan Qəhrəmanlar yetişdirir! Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə Sumqayıt Dövlət Universitetinin həyətində şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün abidə kompleksi yaradılıb. Abidəyə Birinci Qarabağ döyüşlərində iştirak edib şəhid olmuş məzun və tələbələrimizlə yanaşı, aprel döyüşlərində və sentyabrın 27-dən başlayaraq apardığımız 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunmasında şəhid olmuş tələbə və məzunlarımızın mərmər üzərində xatirə şəkillərinin vurulması tələbə gənclərin vətənpərvərlik tərbiyəsində olduqca önəmli yer tutur. Mütəmadi olaraq tələbələr abidə kompleksini ziyarət edir, xatirələrini dərin ehtiramla yad edirlər.
Oktyabrın 14-də Zəfər Günü ilə əlaqədar olaraq Fizika və elektroenergetika fakültəsinin 539 saylı qrup tələbələri dekan müavini Könül Hacıyevanın rəhbərliyi ilə şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Fizika və elektroenergetika fakültəsinin dekan müavini Könül Hacıyeva Zəfər Gününün tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az