Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nümayəndələri Zəfər Günü ərəfəsində Şəhid ailələrini ziyarət etdilər
SDU-nun nümayəndələri Zəfər Günü ərəfəsində Şəhid ailələrini ziyarət etdilər
Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.30 illik Qarabağ yarasına məlhəm çəkdilər. 2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dalğalandırdı, igidlərimiz düşməni qarşılarında diz çökdürərək onun müqavimət istəklərini birdəfəlik sındırdılar.Qəhrəman Azərbaycan döyüşçüləri 9 Noyabr Bayraq Günümüzdə işğal altında olan daha 70 kəndimizi azad edərək xalqımıza qələbə sevinci yaşatdılar.10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Hər kəs Vətən uğrunda könüllüyə çevrildi. Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini və gücünü nümayiş etdirdi. Bu Zəfər sevinci bizə yaşadan adlarını qızıl həriflərlə tarixə yazan Şəhidlərimizə, qazilərmizə borcluyuq. Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun rəhbərliyi ilə universitetin professor-müəllim və tələbə heyəti vaxtaşırı Şəhid ailələrini ziyarət edir, onlara hörmət və ehtiram göstərilir.
Oktyabrın 15– də Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov, Azad Həmkarlar İttifaqı Komitəsinin rəhbəri dosent Elmar Xəlilov və bir qrup gənc Zəfər Günü ərəfəsində şəhid Tərlan Rövşad oğlu Rzayevin ailəsini ziyarət etdilər.
Görüşdə prorektor dosent Ramiz Hüseynov rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən Müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa dilədi, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacaqlarını bildirdi. Şəhid ailələri işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla və sürətlə aparılan quruculuq işlərindən fəxr hissi keçirdiklərini bildirdilər. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə, o cümlədən Vətən Müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını qeyd etdilər. Ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə bir nümunə olduğunu diqqətə çatdırdılar.
Söhbət zamanı şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə universitetin rektoru professor Elxan Hüseynova minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az