Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bir qrup müəllim və tələbələrimiz Hərbi Qənimətlər Parkını ziyarət etdilər
Bir qrup müəllim və tələbələrimiz Hərbi Qənimətlər Parkını ziyarət etdilər
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin əbədiyyətə qədər simvolu olacaq Hərbi Qənimətlər Parkını bu günlərdə ziyarət edənlərin sayı və parka olan böyük maraq onu göstərir ki, xalqımız bu qələbənin memarlarını həmişəlik qəlbində yaşadacaq.
Oktyabrın 16-da Zəfər Günü ilə əlaqədar olaraq, Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi Hərbi Qənimətlər Parkını ziyarət etdi. Açıq səma altında salınan parkda fakültənin tələbələri 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış oldular. Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də tələbələrin marağına səbəb oldu. İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən parkla bağlı təəssüratlarını tələbələrlə bölüşən fakültənin Tərbiyə işləri üzrə dekan müavini Hacıyeva Könül çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, əsgər və zabitlərimizin bu qələbədə rolundan danışdı. O, Hərbi Qənimətlər Parkının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb etdiyini vurğuladı. Qeyd etdi ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayan Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür.
Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az