Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup tələbəsi Azərbaycan−Fransız Universitetində (UFAZ) keçirilən Fransız-Azərbaycan əmək və karyera sərgisində
SDU-nun bir qrup tələbəsi Azərbaycan−Fransız Universitetində (UFAZ) keçirilən Fransız-Azərbaycan əmək və karyera sərgisində
Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan−Fransız Universitetində (UFAZ) Azərbaycan−Fransız əmək və karyera sərgisi keçirildi.
Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan−Fransa Ticarət Palatası və Azərbaycan−Fransa Məzunları Assosiasiyası və UFAZ tərəfindən təşkil olunmuş tədbirdə tərəfdaş şirkətlər, media nümayəndələri, qonaqlar, tələbə və məzunlar iştirak etdilər.
Sərgidə Sumqayıt Dövlət Universitetindən Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri: Cavadova Mabikə, Abdullazadə İsmayıl, Hüseynov Vüsal, Əkbərzadə Nihad iştirak etdilər.
Gün ərzində davam edən sərgi Fransada təhsil almış və həmçinin gənc azərbaycanlı frankofonlara və digərlərinə, Azərbaycanda təklif edilən karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənc azərbaycanlılara (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar, və s.) ünvanlanmışdır. Bundan başqa, gənclər fərqli sahələrdə əhəmiyyətli vəzifələrdə olan və hər biri Fransa ali təhsil sisteminin məzunları olaraq, yüksəksəviyyəli onlarla azərbaycanlı peşəkarları, eləcə də universitet müəllimləri, təhsil sahəsinin əməkdaşlarını, dövlət qurumlarının, şirkət, mədəniyyət, idman dünyasının və vətəndaş cəmiyyətinin nümayəndələrini dinləmək və onlarla söhbət etmək fürsəti qazandılar.
Sərgini ziyarət edən iştirakçılar, Bakıda fəaliyyət göstərən əsas fransız tədris qurumları, həmçinin, Paşa Bank, Alstom, Schlumberger, Campus France Azərbaycan, Societe Generale, Azərbaycan Fransız İnstitutu, Bakı Fransız liseyi və digər təhsil müəssisələri və şirkətlərin stendləri ilə yaxından tanış olaraq, iş imkanları və vakansiyalarla bağlı məlumatlar aldılar.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az