Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında qalib oldular
Tələbələrimiz “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışında qalib oldular
Oktyabrın 18-də Bakı Gənclər Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.
Yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək etməkdir.
Yarışda Sumqayıt Dövlət Universiteti, Dövlət Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları iştirak etdilər.
7 komandanın iştirakı ilə baş tutan yarışda dövlət müstəqilliyinin tarixindən bəhs edildi.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Sumqayıt Dövlət Universitetinin komandası birinci yerə layiq görüldü, medal və sertifikatla təltif edildi.
Qeyd edək ki, yarışda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbələri: Fatimə Əsədova, Aypara Əliyeva, Məmləkət Abdullayeva, Aslan Musazadə və Ömər Xəlilov iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az