Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Avropa Birliyinin vebinarında iştirak etdilər
Əməkdaşlarımız Avropa Birliyinin vebinarında iştirak etdilər
Oktyabrın 18-də Azərbaycanda Milli Erasmus+ Ofisinin təşkil etdiyi “Ali təhsildə ətraf mühitin qorunmasının təşviqi: trendlər, siyasətlər və strategiyalar” mövzusunda vebinar keçirildi.
Barcelona Universitetindən Elizabeth Colluccinin moderatorluğu ilə keçirilən vebinarın əsas məqsədi Ali təhsildə ətraf mühitin qorunmasının təşviqi mövzusunu araşdırmaq və tərəfdaş ölkələrin maraqlı tərəflər üçün universal mövzular təqdim etmək idi.
Tədbirdə Avropa Komissiyasının əməkdaşı Lucie Trojanova “Ali təhsildə yaşıllaşdırma siyasəti, konteksti: Avropa birliyi və daha uzaqda” mövzusu ilə çıxış etdi. Daha sonra digər universitetlərin əməkdaşları ilə təqdim edilən mövzunun müzakirəsi aparıldı.
Sonra Avropa Komissiyasının digər əməkdaşı Heuriette Stoeber tərəfindən “Ali təhsil müəssisələrində yaşıllaşdırma mövzusunda Avropa Şurasının araşdırmasının nəticələri: Avropa Birliyi qonşu ölkələrin diqqət mərkəzində” mövzusunda çıxışı dinlənildi. Digər məruzəçilər Samar Azzi, Youssef Etton və Aref Alsayi maraqlı təqdimatlarla çıxış etdilər. Keçirilən vebinarda iştirakçılar interaktiv ünsiyyət vasitəsilə məruzəçilərə öz təklif və suallarını ünvanladılar.
Vebinarda Sumqayıt Dövlət Universitetindən Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının əməkdaşları baş müəllim Tünzalə Babayeva və assistent Azadə Əliyeva iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az