Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rəhbərliyi I kurs tələbələri ilə silsilə görüşlər keçirir
SDU-nun rəhbərliyi I kurs tələbələri ilə silsilə görüşlər keçirir

Oktyabrın rektor Elxan Hüseynovun bu il I kursa qəbul olmuş tələbələrlə görüşü keçirildi. Müxtəlif fakültələr üzrə qəbul olunmuş tələbələrlə görüş zamanı rektor ilk öncə universitetin rəhbərliyini-Elm və İnnovasiyalar üzrə prorektor Ramazan Məmmədovu , Qiyabi, distant və əlavə təhsil üzrə prorektor Qafar Atayevi, Humanitar məsələlər üzrə prorektor Nizami Namazovu, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyevi, Tədris hissə müdiri İsabal Qurbanovu, rektor məsləhətçisi Ulduz Ağayevi, fakültə dekanları Tamella Əhmədovanı və Zəfər Hüseynovu tələbələrə təqdim etdi. 
Rektor SDU-nun tarixi keçmişinə qısa nəzər salaraq bildirdi ki, universitetin kadr potensialına hər zaman tələbat olubdur. Siz tələbələr bu elm ocağnı seçməklə əmək bazarında gələcək karyeranızın təməl daşını qoymuş olursunuz. Ulu öndər Heydər Əliyevin təhsillə bağlı mühüm islahatlarından bəhs edən rektor qeyd etdi ki, tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.
Bu gün cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində sürətli, dinamik inkişaf mərhələsi yaşanır. 2700-dən çox yeni məktəb binası tikilmiş, 177-dən çox təhsil obyektində təmir işləri aparılmış, məktəblərin 39%-i internet şəbəkəsinə qoşulmuşdur. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etmək istərdim. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi və regionlarımızda aparılan islahatlar dövlətimizin tərəqqisinə, eyni zamanda beynəlxalq səviyyədə respublikamızın nüfuzunun artmasına xidmət etməkdədir.
Bütün bu islahatların sayını daha da çoxaltmaq olardı. Təəssüf ki, ölkəmiz bu gün mənfur düşmənin işğalçılıq siyasətinə məruz qalmış, nəticədə maddi və mənəvi zərərlə üzləşmişdi. Təhsilimizə, mədəniyyətimizə, səhiyyəmizə ayrılan xərclərin bir hissəsi də didərgin düşmüş soydaşlarımızın maddi rifahının yaxşılaşdırılması üçün sərf olunur. Bu gün siz tələbələrin bilik və bacarıqlarına daha çox ehtiyac duyulur. Siz savadlı, bacarıqlı və  vətənpərvər  ruhda formalşmalısınız.  
Bu gün cənab prezidentin imzaladağı 4 may  2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” elmi-texniki infrastrukturunun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin genişləndirilməsini əsas vəzifə kimi qarşıya qoyub.
Cənab prezidentin göstəriş və diqqəti sayəsində  təhsil nazirimiz cənab Mikayıl Cabbarovun dəstəyi ilə SDU son bir ildə çox sayda yeniliklərə imza atmışdı. Elmi-texniki baza möhkəmləndirilərək  müasir avadanlıqlarla təhciz olunmuş laborotoriya, proyektorlarla və elektron lövhələrlə təmin olunmuş auditoriyalar, elektron kitabxana, fibr-optik kabel vasitəsilə işləyən geniş zolaqlı internet şəbəkəsi ilə təmin olunmuş  informasiya hesblama mərkəzi, müasir standartlara cavab verən yeməkxana və s. işlər siz tələbələrin mükəmməl təhsil alması üçün yaradılmışdır.
Tələbə-müəllim heyəti respublikanın və eləcə də dünyanın   müxtəlif sənaye, neft  müəssisəsi və şirkətlərində təcrübə keçmək imkanı əldə edir. Sumqayıt Texnologiyalar Parkının və “Azərkimya ” İB-nin müəssisələri ilə iş birliyi yaradılır. Azərbaycan Polimer Materialları İnstitutu ilə SDU arasında təhsil-elmi-istehsalat  çərçivəsində elmi-təcrübi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilmiş və hədəflər müəyyənləşdirilmişdir.
Onu da qeyd edək ki, Sumqayıt Dövlət Universitetində əmək bazarı nəzərə alınmaqla pedaqoji və mühəndis kadrları hazırlayan yeni ixtisaslar yaradılmışdır.
Xarici dil, riyaziyyat və informatika, tarix və coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim və tərbiyə, kompüter elmi üzrə ixtisaslarla bağlı tələbə qəbulu həyata keçirilmişdir. Bundan əlavə dörd fakültədə rus dili ixtisasları açılmışdır.
Bunun üçün də siz tələbələrin ümdə vəzifəsi yüksək bilik əldə etmək, professor-müəllim heyətinin elmi potensialından istifadə etməkdir.Tələbələrlə görüşündən məmnun qalan rektor Elxan Hüseynov birinci kurs tələbələrinə uğurlar arzuladı.
Çıxışının sonunda E.Hüseynov onu da bildirdi ki, tələbələr universitetin foyesində qoyulmuş qutulara təklif və iradlarını ünvanlaya bilərlər.
Sonda rektor  tələbələrin suallarını cavablandırdı və bildirdi ki, belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az