Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da əməkdaşların 3-cü gücləndirici doza vaksinasiyasına start verildi
SDU-da əməkdaşların 3-cü gücləndirici doza vaksinasiyasına start verildi
Ölkəmizdə “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Lakin koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır. Odur ki, bir sıra ölkələrdə, məsələn: Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib. Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış şəxslərə 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində, ilk növbədə, yaşı 65-dən çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, sonra isə digər yaş kateqoriyalarına aid əməkdaşlar mərhələli şəkildə vaksinasiya prosesində iştirak etmişdilər. Bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün oktyabrın 8-də universitetin əsas tədris binasında 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin Sumqayıt şəhər 3 saylı poliklinikasının həkim briqadası tərəfindən vaksinasiya prosesi aparıldı. Oktyabrın 25-də əməkdaşların 3-cü gücləndirici doza vaksinasiyasına start verildi.
Qeyd edək ki, bu prosesin daha rahat və əlçatan olması məqsədi ilə rektor professor Elxan Hüseynovun göstərişi ilə birbaşa universitetin özündə peyvəndlənməsi qərarına uyğun olaraq təşkil edildi. Bu da ənənəvi tədris mühitinin davam etdirilməsi üçün böyük zəmin yaradır.Vaksinasiyadan sonra bir qrup əməkdaş özlərini normal hiss etdiklərini, səhhətlərində hər hansı bir dəyişiklik olmadığını qeyd etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az