Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müqəddəs torpağa müqəddəs borc...
Müqəddəs torpağa müqəddəs borc...
Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Biz yaşadığımız Vətənin torpağına tökülən hər damcı qanı şəhidlərə borcluyuq. Biz qalib xalqın qalib gəncləriyik!
Oktyabrın 26-da Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət etdilər. Orada görülən abadlıq işlərinə yardım edib, qəhrəmanların uyuduğu o müqəddəs torpağa çiçəklər əkdilər.
Sumqayıt Dövlət Universitetinin tələbələri bildirdilər ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Biz də Sumqayıt Dövlət Universitetinin tələbələri olaraq Vətən uğrunda can alıb-can verən qəhrəmanları unutmarıq,unutdurmarıq!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az