Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini yad etdilər
Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirəsini yad etdilər
Oktyabrın 28-də Zəfər Günü ilə əlaqədar olaraq Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbəsi şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Fakültə dekanı dosent Mahal Muradov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbədə göstərilən qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində şəhidlərimizin intiqamının döyüş meydanlarında alındığından danışdı. Bildirdi ki, Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini yazdı. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuraraq doğma yurd yerlərimizi işğalçılardan xilas etdi. Şəhidlər və qazilər! İndi bu ad Azərbaycanda şərəfin və qürurun rəmzinə çevrildi. Sumqayıt Dövlət Universitetində şəhidlərimiz daima anılır, şəhid ailələri ziyarət olunur, onlara qayğı və diqqət göstərilir.
Dekan onu da qeyd etdi ki, Müzəffər ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə ölkəmizin iqtisadi qüdrəti ilə davam edir. İşğalçılardan təmizlənmiş doğma yurdlarımızın dirçəlişi üçün tikinti-quruculuq tədbirləri sürətlə həyata keçirilir. Qalib ordumuzun Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı aparılan hərbi əməliyyatları əsl Sərkərdə məharəti ilə idarə edərək xalqımızı Zəfərə qovuşdurduğu kimi, Qələbədən sonra başlanmış quruculuq işlərinin də hər anını diqqətdə saxlayır. Ölkə rəhbəri mütəmadi şəkildə azad yurdlarımıza səfərlər edərək işlərin gedişi ilə maraqlanır. Prezidentin hər gəlişi, təməlini qoyduğu hər tikili bu torpaqlara yeni bir həyat gətirir. İnsanlarımıza bir aləm ümid, sevinc və qürur bəxş edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az