Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi
Oktyabrın 29-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti onlayn iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi, gündəlik təsdiq olundu.
2021‒2022-ci tədris ilində Sumqayıt Dövlət Universitetinə tələbə qəbulunun nəticələri barədə bakalavriat səviyyəsi üzrə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov, magistratura səviyyəsi üzrə Doktorantura və magistratura şöbəsinin müdiri dos. Sabir Xəlilov, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci üzrə kollecin direktoru dosent Mətanət Pirquliyeva məlumat verdilər. Qeyd etdilər ki, əksər ixtisaslar üzrə proqnoz-plan tam yerinə yetirilmişdir. Proqnoz-planın hazırlanmasında əmək bazarının tələbatının daha dərindən təhlil edilməsi, xüsusən Sumqayıt şəhəri və ətraf regionlar üzrə mütəxəssislərə tələbatın öyrənilməsi və aparılan təhlillərin nəticəsinə uyğun əsaslandırılmış proqnoz-planın tərtib edilməsi kafedra müdirlərinə və fakültə dekanlarına tapşırılıb.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov Keyfiyyət təminatı şöbəsinin yaradılması haqqında çıxış etdi. Bildirdi ki, Sumqayıt Dövlət Universitetinin Keyfiyyət təminatı şöbəsi universitetdə fəaliyyət göstərən Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsi və Keyfiyyət Təminatı Mərkəzinin (ERASMUS+EQAC) bazası əsasında yaradılsın və yenidən müasir tələblərə uyğun formada təşkil edilsin.
“Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə keçirilən müsabiqənin nəticələri barədə Müsabiqə komissiyasının məsul katibi dosent Qadir Mənsurov məlumat verdi. Dərslik və dərs vəsaitlərinin müəlliflərinin diplomla təltif edilməyi və mükafatlandırılmağını təklif etdi. Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş əməkdaşların doktorluq dissertasiya işlərinin mövzusunun və elmi məsləhətçisinin təsdiqi və fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuş əməkdaşların dissertasiya işlərinin mövzusunun və elmi rəhbərlərinin təsdiqi barədə məlumat verdi.
Rektorluğun Əsasnaməsinin təsdiqi ilə bağlı baş hüquqşünas dos. Əminə Həsənova çıxış etdi.
Sonra SDU əməkdaşlarının və tələbələrinin vaksinasiya prosesində iştirakı məsələsi müzakirə olundu.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış edərək bildirdi ki, Ölkəmizdə “COVID-19 xəstəliyi əleyhinə 2021‒2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə hər 2 doza vaksin almış insanlara 3-cü doza (buster doza) ilə peyvəndlənmələri tövsiyə edilir. Bu prosesdə tələbələrin aktiv iştirak etməsi üçün oktyabrın 8-də universitetin əsas tədris binasında 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin Sumqayıt şəhər 3 saylı poliklinikasının həkim briqadası tərəfindən vaksinasiya prosesi aparıldı. Oktyabrın 25-də əməkdaşların 3-cü gücləndirici doza vaksinasiyasına start verilib.
Qeyd olundu ki, universitetdə tibbi heyətin iştirakı ilə peyvəndlənmə prosesi davam etdirilir. Bütün əməkdaşların vaxtında peyvənd olunmasının təmin olunması Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynova həvalə olundu. Rektor onu da qeyd etdi ki, Səhiyyə şöbəsindən göndərilən tələbə siyahıları bütün fakültələrdə dəqiq yoxlanılsın, siyahıda SDU-da təhsil almayan tələbələrin adları aşkar olunduğu halda rəhbərliyə və Səhiyyə şöbəsinə məlumat verilsin.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 3 (üç) dərs vəsaiti və 2 (iki)fənn proqramı daxil olub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az