Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Zəfər Günü ilə əlaqədar keçirilən idman yarışlarının qalibləri mükafatlandırıldı
SDU-da Zəfər Günü ilə əlaqədar keçirilən idman yarışlarının qalibləri mükafatlandırıldı
8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlərin planına uyğun olaraq, oktyabrın 25-də fakültələrarası idman yarışlarına start verilmişdir. Sumqayıt Dövlət Universiteti və SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 3 idman növü (stolüstü tennis, dama və şahmat) üzrə yarışları keçirildi.
Qeyd edək ki, yarışda 8 komanda öz bacarıqlarını sınadı.
Oktyabrın 27-də fakültələrarası idman yarışlarına yekun vuruldu. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda stolüstü tennis üzrə Kimya və biologiya fakültəsi I yerə, Riyaziyyat fakültəsi II yerə, Fizika və elektroenergetika fakültəsi III yerə, şahmat üzrə Riyaziyyat fakültəsi I yerə, Fizika və elektroenergetika fakültəsi II yerə, İqtisadiyyat və idarəetmə fakültəsi III yerə, dama üzrə Riyaziyyat fakültəsi I yerə, Tarix və coğrafiya fakültəsi II yerə, Filologiya fakültəsi III yerə çıxdılar.
Oktyabrın 29-da qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Mükafatlandırma mərasimini universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev açaraq, belə tədbirlərin tələbələr arasında idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, gənclərin sağlam həyat tərzinin formalaşmasında, milli mənlik şüurunun inkişafında, vətənpərvərlik hisslərinin tərbiyəsində idmanın rolunun həlledici olması üçün xüsusi dövlət siyasəti həyata keçirilir. Azərbaycanda idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı Sumqayıt Dövlət Universtetinin idman həyatına da əhəmiyyətli təsir göstərib. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə xidmət edən gənclərin yetişdirilməsidir. Gənclərimiz 44 günlük Vətən müharibəsində həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə 30 illik işğala son qoyaraq Qarabağı azad etdi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə yeni bir səhifəni - Zəfər Gününü yazdı.
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı.
Tələbələr də öz növbələrində yarışların yüksək səviyyədə təşkil olunmasına görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az