Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirildi
SDU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirildi
Noyabrın 3-də Sumqayıt Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə görüş keçirildi. Tədbir cari tədris ilində əcnəbi tələbələrin tədris prosesində vəziyyəti, dərslərə davamiyyəti, qarşılaşdıqları çətinliklər, pandemiya dövrünün tələblərinə riayət olunması, vaksinasiya ilə bağlı məsələlərə həsr olunmuşdur.
Tədbirdə Təhsil Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin təlim və tədbirlərində ali təhsil müəssisələrinin qarşısına qoyduğu tələb və göstərişlər əcnəbi tələbələrin diqqətinə çatdırıldı, onların problem və təklifləri dinlənildi, suallarına aydınlıq gətirildi.
Həmçinin əcnəbi tələbələrimizə universitetin tədbir və konfranslarına aktiv qoşulmaları tövsiyə olundu.
Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Filologiya fakültəsini təlim-tərbiyə işləri üzrə dekan müavini Zöhrə Qafarova və şöbənin əməkdaşları: Aysel Eminova və Natavan Quliyeva iştirak etdilər.
Tədbir pandemiya şəraitinin bütün tələblərinin qorunması şəraitində keçirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az